Qazaxıstanın hüquq-mühafizə orqanları
Qazaxıstanda hüquq-mühafizə işlərinə Sovet dövründən praktik olaraq dəyişməz qalan Qazaxıstan polisi və məhkəmələri tərəfindən həyata keçirilir və ölkənin Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq arasında bölüşdürülür. 1998-ci ilə qədər Qazaxıstan polisi "milis" adlanırdı.
Qazaxıstan polisi Daxili İşlər Nazirliyinin tabeliyindədir, Milli Təhlükəsizlik Komitəsi və Baş Prokurorluq isə müvafiq olaraq kəşfiyyat məlumatlarının toplanması və istintaqların aparılmasına cavabdehdir. 1992-ci ildən Qazaxıstan İnterpolun üzvü oldu. Onun hüquq-mühafizə orqanları Rusiya, Belarusiya, Özbəkistan, Ukrayna və Qırğızıstan hüquq-mühafizə orqanları ilə yaxından əlaqə saxlayır.
ABŞ-nin Qazaxıstandakı səfirliyinin veb saytında qeyd olunur ki, 2004-2005-ci illərdə Qazaxıstanda insan hüquqları vəziyyəti "qənaətbəxş qalır" və "hökumət öz səlahiyyətlərindən sui-istifadə etməyə davam edir". Freedom House müşahidəçi qrupu keçmiş Sovet dövlətini siyasi hüquqlara görə 6/7, vətəndaş azadlıqlarına görə isə 5/7 kimi qiymətləndirir (bu şkalada 7 ən aşağı, 1 isə ən yüksək qiymətdir) və onu "qeyri-azad" adlandırır. Human Rights Watch da daxil olmaqla müşahidəçilərin verdiyi məlumatlara əsasən, dekabrda keçirilən prezident seçkilərindən əvvəlki aylarda Qazaxıstanda siyasi özünüifadə hüququna məhdudlar tətbiq olunmuşdur.
MKİ-nin "World fact book" adlı kitabında yazılıb ki, Qazaxıstan həbsxanalarında yatan 76.000 məhkumdan 1300 nəfəri 1995-ci ildə vərəmdən vəfat etmişdir, üstəgəl həbsxanalarda sıxlıq və işçi personalının az olması problemləri də müşahidə olunur. Dövlət tərəfindən həbsxana sisteminə edilən maliyyələşdirmə də kifayət etmir.